Tarixi abidələrin Azərbaycanda və Gürcüstanda qorunma və bərpa edilmə təcrübəsi. Tarixi abidələr, qalalar, ibadət yerləri, məscid və kilsələr Azərbaycanda və Gürcüstanda baxın bu cür qorunur. Abbas Atilay sizə fotofaktlarla danışır.
Tarixi abidələrə iki dövlətin fərqli yanaşması

25
Gürcüstandan başqa bir misal. Keşikçi məbədi.
Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşir. Gürcü mənbələrində məbəd «David Qareci» adı ilə tanınır. Azərbaycan tarixçiləri məbədin Azərbaycanda yaşayan Alban tayfalarına məxsus olduğunu müdafiə etsə də, gürcü tərəfi məbədin gürcülərə aid olduğunda israrlıdırlar. Məbədin keçmişi bizə tam dəqiq məlum olmasa da, məlum olan bir şey var ki, divarlarına "Dövlət tərəfindən qorunur" yazılmış lövhələr vurulmayan bu məbəd Gürcüstan dövləti tərəfindən göz bəbəyi kimi qorunur. Niyə? Çünki tarixinin bir hissəsi olduğunu düşünürlər.

26

27
Gədəbəyin Miskinli kəndi. Kəndin cənub-qərb hissəsini əhatə edən yüksəklikdə yerli əhali tərəfindən Koroğlu qalası kimi adlandırılan Orta Əsrlər abidəsi. Dağ daşlarından kobud formada, amma möhtəşəm tikilmiş bu qala müdafiə xarakterli istehkam olaraq XVIII əsrdə ucaldılmışdı. Qala baxımsızlıqdan indi bu haldadır.
Sizcə bu abidə Gürcüstanda olsaydı ona münasibət bu cürmü olacaqdı?

28