Tarixi abidələrin Azərbaycanda və Gürcüstanda qorunma və bərpa edilmə təcrübəsi. Tarixi abidələr, qalalar, ibadət yerləri, məscid və kilsələr Azərbaycanda və Gürcüstanda baxın bu cür qorunur. Abbas Atilay sizə fotofaktlarla danışır.
Tarixi abidələrə iki dövlətin fərqli yanaşması

21
Qusarın Mucuq kəndi. XIX əsrə aid tarixi abidə. Məscid niyyəti ilə tikilmiş bu abidə Sovetlər zamanı anbar kimi istifadə edilib. İndi isə nə məscid kimi istifadə edilir, nə də anbar kimi. Uzun illərdir qapısına qıfıl vurulub. Bu abidəni də dövlət "qoruyur".

22
Gürcüstandan başqa bir misal. Keşikçi məbədi.
Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşir. Gürcü mənbələrində məbəd «David Qareci» adı ilə tanınır. Azərbaycan tarixçiləri məbədin Azərbaycanda yaşayan Alban tayfalarına məxsus olduğunu müdafiə etsə də, gürcü tərəfi məbədin gürcülərə aid olduğunda israrlıdırlar. Məbədin keçmişi bizə tam dəqiq məlum olmasa da, məlum olan bir şey var ki, divarlarına "Dövlət tərəfindən qorunur" yazılmış lövhələr vurulmayan bu məbəd Gürcüstan dövləti tərəfindən göz bəbəyi kimi qorunur. Niyə? Çünki tarixinin bir hissəsi olduğunu düşünürlər.

23

24